Yuxarı

"Bir günlük nazir" məsələsinə aydınlıq gəldi: təyinat baş tutdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasında nazir təyinatı qaydalarında ciddi dəyişiklik gözlənilir.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, bundan sonra nazir vəzifəsinə təyinatlar birbaşa Ali Məclis sədrinin sərəncamı ilə deyil, Ali Məclisdə səsvermə yolu ilə təsdiq olunacaq.

Artıq bu praktikanın tətbiqinə başlanılıb. Ötən gün Naxçıvan iqtisadiyyat naziri vəzifəsinə Kazım Yaşar oğlu Hüseynəliyev səsvermə yolu ilə təsdiqlənib. Onun namizədliyi Naxçıvanın Baş naziri tərəfindən irəli sürülüb və təqdimat Ali Məclisin sədrinə təqdim olunaraq plenar iclasa çıxarılıb.

Təqdimat oxunduqdan və namizəd haqqında ətraflı məlumat verildikdən sonra "Kazım Yaşar oğlu Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi haqqında” qərar səsə qoyularaq qəbul edilib.

İlkin mərhələdə yayılan xəbərlərdə nazirin Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə təyin olunduğu bildirilmişdi. Lakin daha sonra yayılan rəsmi məlumatla təyinatın parlament səsverməsi yolu ilə həyata keçirildiyi dəqiqləşdirilib.

Ali Məclisin birinci müavini Bəxtiyar Məmmədov səsvermənin nəticələrini elan etdikdən sonra yeni iqtisadiyyat nazirini təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, əvvəllər Naxçıvanda bir çox nazir, komitə rəhbərləri və digər mühüm vəzifələrə təyinatlar Ali Məclis sədrinin sərəncamları ilə baş tuturdu. Burada Ali Məclisin sədri və ya sədr səlahiyyətlərini icra edən şəxslər sərəncamlar imzalayır, birbaşa təyinatlar edirdilər.

Təyinat mexanizminin dəyişməsi ilə paralel olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da mühüm dəyişikliklər gözlənilir. Ötən ay xəbər vermişdik ki, Konstitusiyada nəzərdə tutulan əsas dəyişikliklərdən biri Naxçıvan Ali Məclisinin sədrinin "ali vəzifəli şəxs” statusunun ləğv edilməsi ilə bağlıdır. Hazırda həm qanunverici orqana rəhbərlik edən, həm də icra hakimiyyətində əsas sima kimi çıxış edən Ali Məclis sədrinin bu statusu hüquqi ziddiyyət kimi qiymətləndirilir. Dəyişikliklər baş tutarsa, bu ziddiyyət aradan qaldırılacaq və səlahiyyət bölgüsü daha aydın şəkildə tənzimlənəcək.

Həmçinin Naxçıvan Ali Məclisinin sədrinin nazir təyinatlarını həyata keçirməsi səlahiyyətlərinin də mədudlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, ötən gün Kazım Hüseynəliyevin təyinatı ilə bağlı sərəncam rəsmi saytlardan silindiyi üçün onun haqda "bir günlük nazir" təsəvvürü yaranmışdı.

Tarix
2025.05.08 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

Hindistan-Azərbaycan aviareyslərində dəyişiklik... - Rəsmi

To Lamın Azərbaycana səfəri başa çatdı - Foto

Əli Əsədov To Lam ilə görüşdü

Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı

Milli Məclisin xüsusi iclası: sənədli film nümayiş etdirildi

Bakı-Moskva aviareysləri təxirə salındı - Rəsmi

Hindlilər Azərbaycan üçün boykot çağırışı etdilər - Foto

Vaxtilə Heydər Əliyevə müxalif idik, sonra dərk etdik ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla