Yuxarı

Qasırğa Gəncədə ciddi fəsadlar törətdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qasırğa Gəncədə ciddi fəsadlar törətdi - Video

Ölkədə bir neçə gün davam edən qeyri-sabit hava şəraiti fəsadlar törətməkdə davam edir. Bu dəfə təbiət Gəncəni sınağa çəkib.

ANS xəbər verir ki, yağışla müşayiət olunan güclü külək Xan bağını viran qoyub.

Xan bağında küləyin təsirindən ağac iaşə obyektinin üzərinə aşıb. Hadisə gecə saatlarına olduğundan xəsarət alan olmayıb.

"Güclü külək əsir. Ağac aşdı, vurdu, qırdı aynaları, evin damını. İndi də içəri su damır", - deyə şəhər sakini Elnur Hüseynov bildirib.

Bir neçə saat aramsız yağan yağış nəticəsində Gəncənin Sevinc, Gülüstan qəsəbələrində bəzi evlərin həyət və zirzəmisi su ilə dolub. Suyun altında qalan ev quşları tələf olub.

"Toyuğumuz, cücəmiz məhv oldu, bu iki evi də su basıb, qonşunun evini də", - deyə Gəncə sakini Valeh Salahov bildirir.

Sakinlər onlara dəyən ziyan barədə artıq şəhər rəhbərliyini məlumatlandırdıqlarını deyiblər.

Tarix
2016.06.10 / 23:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla