Yuxarı

“Prado”nu aşırdı: 2 azyaşlı övladı və qohumu öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Prado”nu aşırdı: 2 azyaşlı övladı və qohumu öldü - Foto

15:02

Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

İlkin məlumata əsasən, "Toyota Prado" markalı, 10 RV 404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü İxtiyar Əliyar oğlu Teymurovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Əli Teymurov və 2016-cı il təvəllüdlü Banu Teymurova, qohumu, 2002-ci il təvəllüdlü Aydın Təhmasib oğlu Alışov hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

***

Masallıda qəzada xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə TƏBİB-dən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bu gün saat 13:30 radələrinədə Ələt-Astara magistral yolunun Masllı rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Masallı Rayon Mərkəzi Xəstəxanasına 1-i kişi, 2-i qadın cinsli olmaqla 3 nəfər hospitalizasiya olunub.

Yaralılara ilkin zəruri tibbi yardım göstərilib.

Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Vəziyyətləri ağır qiymətləndirilir.

Tarix
2025.05.09 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla