Yuxarı

Bu hərbçilərə ev verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu hərbçilərə ev verildi - Foto

Azərbaycan Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət hesabına mənzillər verilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbçilərə Sumqayıtda 59 mənzil təqdim edilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzillərin verilməsi prosesi davam etdirilir.

Bu proses hərbi qulluqçuların sosial rifahının yüksəldilməsinə yönəlib.

Qeyd edək ki, Hər il Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına mənzillər alınır və hərbçilərə təqdim olunur. Qanunvericiliyə uyğun şəkildə püşkatma yolu ilə və növbəlilik prinsipi əsasında təqdim edilən bu mənzillərin rəsmiləşdirilməsi də dövlət tərəfindən təşkil olunub və artıq çıxarışlar sahiblərinə təqdim edilir.

Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, bu təşəbbüs Azərbaycan Ordusunun və dövlətin hərbi qulluqçularına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Tarix
2025.05.10 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla