Yuxarı

Expressbank rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Expressbank rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib

Expressbank rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə onun qəbirüstü abidəsini ziyarət edib.

Axar.az xəbər verir ki, bankın Müşahidə Şurası və İdarə Heyətinin iştirakı ilə baş tutan ziyarət zamanı Ulu Öndərin qəbirüstü abidəsinin önünə əklil qoyulub və qızılgüllər düzülüb. Bank rəsmiləri dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib, onun əvəzsiz xidmətlərini minnətdarlıqla xatırlayıblar və Abidə qarşısında baş əyərək hörmətlərini bildiriblər.

Heydər Əliyev ideyalarının yaşadılması, onun dövlətçilik irsinə sadiqlik və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində Expressbankın fəaliyyətində davamlı yer alan addımlar təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə olan məsuliyyətin ifadəsi kimi qiymətləndirilir.

Tarix
2025.05.10 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla