Yuxarı

Tərəvəzlərin qiyməti bu tarixdən kəskin dəyişəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərəvəzlərin qiyməti bu tarixdən kəskin dəyişəcək

Son zamanlar ən aktual məsələlərdən biri də tərəvəzlərin baha olması ilə bağlıdır. Vətəndaşlar aprel ayından kartof, soğan, pomidorun baha satıldığını və almaqda çətinlik çəkdiklərini bildirirlər.

Axar.az xəbər verir ki, iqtisadçı Ruslan Atakişili Globalinfo.az-a bahalaşmanın bir neçə səbəbinin olduğunu qeyd edib.

Onun sözlərinə görə, tərəvəzin qiyməti onun yetişdirilmə qaydasından asılıdır:

“Bu gün marketlərdə ucuz qiymətə də tərəvəz var. Qiymətlər növdən asılı olaraq dəyişir. Məsələn, istixanalarda xüsusi metodla hazırlanan tərəvəz baha olur. Torpaqda və açıq havada yetişən məhsul isə ucuz satılır. Hətta yerli təzə kartoflar 1,40 manata, təzə soğan 1,10 manata təklif edilir. 3-4 manata olanlar ötən ildən qalandır. Yekunlaşır deyə, baha satırlar. Digər tərəfdən də baha satılan xırda kartoflar yerli deyil. Onları da başqa ölkələrdən yuyub gətirir, sonra baha verirlər. Maya dəyəri 2,50 manata olanı 1,50 manata satası deyillər axı. İnsanlar işin bu tərəfini də fikirləşməlidirlər”.

İqtisadçı deyib ki, yaxın vaxtlarda yeni yetişən soğanları 30-40 qəpiyə satışa çıxaracaqlar:

“Soğan 30-40 qəpiyə olan vaxtı alverçilər bunun hamısını o qiymətə alıb, xüsusi anbarlarda saxlayacaqlar. Bunu da payıza kimi təbii ki, soyuducularda, ambarlarda saxlamaq lazımdır. Bunların saxlanılması üçün də gündəlik ödəniş edirlər. Ona görə də payız, qış və yazda qiymətlər baha olur. Yayda isə birbaşa yerdən çıxarıb satırlar, məhsul bol olur deyə, ucuz qiymətə satılır”.

Tarix
2025.05.10 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla