Yuxarı

Bu cihazlar evimizdəki enerjini gizlicə oğurlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu cihazlar evimizdəki enerjini gizlicə oğurlayır

Evimizdə əksər elektron cihaz sönülü görünsə də, əslində enerji sərf etməyə davam edir. Mütəxəssislər bunun zaman keçdikcə elektrik xərclərini gözlənilməz dərəcədə artırdığına diqqət çəkirlər.

Axar.az Müsavat.com-a istinadla xəbər verir ki, xüsusilə televizorlar, printerlər, masaüstü kompüterlər, səs sistemləri və oyun konsolları kimi bir çox cihaz səssizcə enerji istehlak edir. Uzaqdan idarəetmə ilə söndürülən cihazlar isə tamamilə sönmək əvəzinə, gözləmə rejimində işləməyə davam edərək ay ərzində elektrik sərfiyyatını əhəmiyyətli dərəcədə artırır.

Mütəxəssislərin araşdırmalarına əsasən, gözləmə rejimində olan televizorlar saatda təxminən 1-5 vatt enerji sərf edir. Lakin bu göstərici inkişaf etmiş oyun konsollarında saatda 10 vatt-a qədər yüksələ bilər. Bundan əlavə, mikrodalğalı sobalar, paltaryuyan maşınlar, elektrik jalüzləri, görüntülü domofon sistemləri və toxunuşla işləyən işıqlandırma sistemləri də az miqdarda olsa belə, daimi şəkildə enerji sərf edir. Elektrik yuvasında unudulan telefon şarj cihazları isə bu görünməz enerji oğruları arasında mühüm yer tutur.

Bu tip cihazların enerji sərfiyyatını minimuma endirmək üçün istifadə olunmadıqda onları tamamilə söndürmək və ya elektrik şəbəkəsindən ayırmaq tövsiyə olunur. Xüsusilə çoxsaylı cihaz qoşulu olan evlərdə enerji qoruyucu uzadıcılar və ya ağıllı açar sistemlərdən istifadə edilməsi həm rahatlıq, həm də qənaət baxımından effektiv nəticələr verə bilər

Tarix
2025.05.11 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla