Yuxarı

İmişlidə SSRİ bayrağı qaldırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmişlidə SSRİ bayrağı qaldırıldı - Video

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.

Axar.az xəbər verir ki, SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Tədbirdə həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.

Saleh Səmədov Modern.az-a açıqlamasında burada heç bir pis şeyin olmadığını bildirib:

"Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır".

Saleh Səmədov sonda jurnalistlərə əsəbiləşib:

"İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz".

Tarix
2025.05.13 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla