Yuxarı

Prokurorluq işə qəbul üçün test imtahanı keçirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluq işə qəbul üçün test imtahanı keçirir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

APA-nın xəbərinə görə, işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 490 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan saat 14:00-da Bakı İdman Sarayında başlanır.

Test imtahanı 3 saat davam edir. Namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. ixtisas üzrə 80 sual hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir.

Digər 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub.

Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar.

İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.

Tarix
2016.06.12 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla