Yuxarı

Bakıda kütləvi dava: 17 bıçaq zərbəsi alan şəxs həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda kütləvi dava: 17 bıçaq zərbəsi alan şəxs həbs olundu

Bakıda baş verən amansız kütləvi davada 17 bıçaq zərbəsi alan, 5 gün komada qalan şəxs həbs edilib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Rəcəb Ağamalıyev qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə hakim qarşısına çıxarılıb.

Rəcəb qardaşı Hafizin mübahisə etdiyi şəxslərlə dava edərkən onlardan birinə bıçaqla zərbə endirməkdə ittiham olunub. Hadisə zamanı özü də xəsarət alıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisədən üç gün əvvəl qardaşı Hafiz Ağamalıyev ilə zərərçəkmiş şəxs arasında mübahisə baş verib. Buna səbəb məhəllədə bir-birinə yol verməmək olub. Onlar avtomobili bir-birinin üzərinə də sürüblər.

Hadisədən sonra zərərçəkmiş şəxs və tanışları məsələni "həll" etmək üçün onların evinə gəliblər. Qardaşı ilə mübahisə etməyə davam ediblər. Bu zaman onu və atasını da döyüblər:

"Evin qarşısında toplaşmalarının səbəbini soruşdum. 3 nəfər beysbol taxtaları ilə vurmağa başladı. Mənə 17 bıçaq zərbəsi vurulub. 4 gün komada qalmışam. Atamın evinə basqın edilib. Döyülüb, bıçaq zərbəsi vurulub. Mən heç kimə bıçaqla xəsarət yetirməmişəm. Məni vuranlar Miran, onun qardaşı Nuhbala və bibisi oğlu Bəhruz olub".

İş üzrə zərərçəkmiş şəxs Nuhbala olub.

Nuhbala Rəcəbdən şikayətçi olmadığını bildirib. Həmçinin əlavə edib ki, hadisə zamanı xəsarət alsa da, həmin xəsarəti ona Rəcəb yetirməyib.

Məhkəmə Rəcəbi 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ilə bağlı Rəcəbi, qardaşını və atasını döyən şəxslər barəsində ayrıca cinayət işi açılıb. Həmin şəxslər daha ağır cəza alıblar. Onlara 8-15 il müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin edilib.

Tarix
2025.05.14 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Əvvəlcə Azərbaycanın razılığı olmalıdır - Türkiyəli nazir

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla