Yuxarı

Ələkbərovun müavininin oğlu azadlıqda - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ələkbərovun müavininin oğlu azadlıqda - Video

Azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbəri olduğu "Lukoil" şirkətinin vitse-prezidenti Azad Şamsuarovun Moskvada polislə yarışa çıxan oğlu azadlığa buraxılıb.

ANS-in məlumatına görə, xüsusi istintaq təcridxanasında 15 gün saxlandıqdan sonra Ruslan Şamsuarov azadlığa çıxıb. Lakin o, azadlığa çıxsa belə, hakimiyyət nümayəndələrini təhqir etdiyinə görə cinayət işi ilə üzləşə bilər.

Ruslan Şamsuarov ilə yanaşı "Mersedes Qalendevagen"in sürcüsü Abduvahob Məcidov da azadlığa buraxılıb.

Mayın 26-da içərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiya paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. "Mersedes Qalendevagen" polislərlə küçələrdə "ölüm yarışına" çıxıb.

Hadisə barədə məlumat video Yutub kanalına qoyulandan sonra yayılıb. İlk həbs olunan isə 22 yaşlı Abduvahab Məcidov olub. Daha sonra Moskva polisi "Lukoil" şirkətinin vitse-prezidenti Azad Şamsuarovun oğlu Ruslan Şamsuarovu və erməni qızı Mara Baqdasaryanı həbs edib. Moskvanın Qaqarin rayon məhkəməsi avtomobili idarə edən Məcidova 15 gün, Maraya 10 sutka, mayın 28-də isə Ruslana 15 sutka həbs cəzası verib.

Tarix
2016.06.12 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla