Yuxarı

BDU-da Qurtuluş Günü qeyd edildi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU-da Qurtuluş Günü qeyd edildi – Foto

Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.

Universitetin mətbuat və informasiya şöbəsindən Axar.az-a bildiriblər ki, müəllim-tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün qeyd edilməsinin əhəmiyyətindən bəhs edib.

Rektor ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlanmasından, həmin dönəmdə ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edərək müstəqilliyi təmin etməsindən bəhs edib. H.Əliyevin müstəqil dövlətimizin möhkəmlənməsi və dünyada tanınması istiqamətində tarixi xidmətlərini vurğulayan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, xalqın şüurunda Heydər Əliyev təkcə 70-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər və 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalıları ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdilər. Arif Rəhimzadə onu da bildirb ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ilk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu.

Çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov ulu öndərin tarixi xidmətlərindən, dövlətçilik və azərbaycançılıq ideyasından danışıb. Deputat bildirib ki, Heydər Əliyevin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı.

Tarix
2016.06.13 / 16:09
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla