Yuxarı

48 nəfər hakimliyə namizəd kursuna cəlb ediləcək - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
48 nəfər hakimliyə namizəd kursuna cəlb ediləcək - Rəsmi

Bu gün Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Hakimlərin Seçki Komitəsi məlumat yayıb.

İclasda qeyd olunub ki, yazılı imtahanda müvəffəqiyyət qazanmış 75 nəfər hakimliyə namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahan keçirilib.

Namizədlərə bərabər imkanların yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə Komitə üzvləri tərəfindən müvafiq suallar imtahandan bilavasitə əvvəl və imtahan keçirilən auditoriyada hazırlanıb.

İmtahan zamanı namizədlərə “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 5 sual verilib və onların hər biri müəyyən edilmiş müddətdə bu sualları cavablandırıb. Şifahi imtahanda namizədlərə hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib.

Qaydalara əsasən imtahanlarda psixoloq iştirak edib. İmtahana cəlb edilmiş psixoloq namizədin qiymətləndirilməsində iştirak etmir, yalnız onun psixoloji portreti barədə rəy verir. Həmin rəy məlumat xarakterli olmaqla, imtahanın nəticələrinə təsir etmir.

İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 48 nəfər hakimliyə namizəd tədris kursuna cəlb ediləcəkdir. Qaydalara əsasən imtahanlardan müvəffəqiyyətlə keçmiş və tədris kurslarına göndərilən namizədlərin siyahısı yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə mediada və internetdə dərc edilir.

Tədris kursu çərçivəsində namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, müasir məhkəmə-hüquq islahatları, hakimin etik davranışı, korrupsiyaya qarşı mübarizə, insan hüquqları, beynəlxalq hüquq normaları, habelə məhkəmə təcrübəsində daha çox rast gəlinən mübahisələrə və digər aktual məsələlərə dair mövzular nüfuzlu hakim və ekspertlərin iştirakı ilə tədris olunacaq, habelə onlar müvafiq məhkəmələrdə staj keçəcəklər. Həmçinin, namizədlərin xaricdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur.

Tədris kursu may ayının 26-da başlanılacaqdır.

Eyni zamanda bildirilib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və 21 sentyabra qədər keçiriləcək test imtahanında iştirak üçün artıq 150-dən çox namizəd sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.

Tarix
2025.05.21 / 21:09
Müəllif
Axar.az
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla