Yuxarı

Şuşada yaşayış binaları ilə bağlı layihə - 49 milyon…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşada yaşayış binaları ilə bağlı layihə - 49 milyon…

Şuşa şəhərində bərpa, yenidənqurma və quruculuq işləri davam etdirilir.

Axar.az Trend-ə isinadən xəbər verir ki, bu işlərin davamı kimi Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinin D-3 yaşayış massivində nəzərdə tutulan yaşayış binalarının (1-ci mərhələ 10 ədəd bina) tikintisi işləri həyata keçiriləcək.

Belə ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində artıq bununla bağlı müvafiq işlərə start verilib.

Qurum hazırda sözügedən işləri yerinə yetirəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 49,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikintisi, eləcə də D-4 massivində 12 binanın tikintisi çərçivəsində (2-ci mərhələ) abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətlərin göstərilməsi ilə bağlı müvafiq işlərə başlayıb.

Tarix
2025.05.29 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla