Yuxarı

Prezident təsdiqlədi: ölkəmizdə bu cəzalar sərtləşdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident təsdiqlədi: ölkəmizdə bu cəzalar sərtləşdirildi

Azərbaycanda dəmir yolu, su, hava nəqliyyatı, pilotsuz uçuş aparatları və ya hava nəqliyyatı vasitəsi kimi istifadə olunmayan digər hava gəmilərinin hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.

Axar.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Yeni dəyişikliklərə əsasən, iş və ya vəzifə fəaliyyəti ilə əlaqədar olaraq yuxarıda göstərilən nəqliyyat vasitələrinin hərəkət və istismar qaydalarına riayət etməyə borclu olan şəxsin bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır və ya az ağır xəsarət yetirildiyi halda:

- İki ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə,

- Beş min manatdan yeddi min manatadək cərimə,

- Yaxud iki ilədək islah işləri,

- və ya iki ilədək azadlığın məhdudlaşdırılması,

- Yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə edilən digər bir dəyişikliklə, orqanizmin funksiyalarının 61–100%-i dərəcəsində pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslərə, eləcə də əlilliyi olan uşaqlara ictimai işlərin tətbiqi qadağan edilib. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu məhdudiyyət yalnız 18 yaşınadək əlilliyi olan şəxsləri əhatə edirdi.

Tarix
2025.05.30 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla