Yuxarı

Sabah şimşək çaxacaq, dolu düşəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah şimşək çaxacaq, dolu düşəcək

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, iyunun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 26-31, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Tarix
2016.06.17 / 12:39
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın diplomatik riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla