Yuxarı

Yusif Cabbarov: Ukrayna istehsalçısını rəqabətədavamlı edəcəyik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yusif Cabbarov: Ukrayna istehsalçısını rəqabətədavamlı edəcəyik

NEQSOL Holding Ukraynanın Antiinhisar Komitəsindən “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti” SC-nin (BDKŞ/UMCC) səhmlərinin nəzarət paketinin əldə olunmasına dair rəsmi razılıq alıb.

Dünyanın aparıcı titan və nadir torpaq metalları istehsalçılarından biri olan “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti” titan konsentratı istehsalına görə Avropada birinci yeri tutur. Sövdələşmə NEQSOL Holding-ə məxsus olan CEMIN Ukraine MMC törəmə şirkəti vasitəsilə həyata keçiriləcək. Bu razılığın əldə olunması Ukraynada ən böyük özəlləşdirmə proseslərindən birinin yekun mərhələyə keçməsinə imkan verir. Müqaviləyə əsasən, “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti”nin səhmlərinin birbaşa alınması ilə CEMIN Ukraine MMC şirkət üzərində tam nəzarət əldə edəcək.

NEQSOL Holding özəlləşdirmə prosesindən irəli gələn bütün öhdəliklərin tam şəkildə icrasına hazır olduğunu bildirir və “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti”ni müasir, səmərəli və qlobal titan bazarında rəqabətədavamlı bir şirkətə çevirməyi qarşısına məqsəd qoyur.

“Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti əhəmiyyətli potensiala malikdir və biz bunda ölkənin iqtisadiyyatının bərpasına töhfə vermək imkanı görürük. Hazırda bizim əsas prioritetimiz müvafiq biliklər, texnologiyalar və idarəetmə təcrübələri tətbiq etməklə, şirkəti qlobal səviyyədə güclü və rəqabətədavamlı etməkdir”, – deyə NEQSOL Holding-in sədri Yusif Cabbarov bildirib.

Şirkətdə geniş miqyasda modernizasiya işlərinin aparılması üçün NEQSOL Holding artıq bu sahədə ixtisaslaşmış qabaqcıl şirkətlərlə və müxtəlif ekspertlərlə əməkdaşlığa başlayıb. Əsas istiqamətlər yüksək əlavə dəyərə malik olan məhsulların işlənib hazırlanmasını, xammalın dərin emalını və əsas beynəlxalq bazarlara çıxışın təmin edilməsini əhatə edir.

NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Tarix
2025.06.04 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla