Yuxarı

Tətbiqlər qəbzləri “oxumur”: ƏDV-ni geri almaq olmur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tətbiqlər qəbzləri “oxumur”: ƏDV-ni geri almaq olmur

Bu gün tətbiqlər vasitəsilə qəbzlərin oxunması və alınan məhsullara görə ƏDV-nin geri qaytarılması mümkün olmayıb.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Xatırladaq ki, 7 iyun tarixində belə bir problem olacağı ilə bağlı ötən gün xəbərdarlıq edilmişdi. Belə ki, bu gün Dövlət Vergi Xidməti tərəfindən “ƏDV geri al” portalında texniki tənzimləmələr həyata keçirilir. Bununla bağlı olaraq, “ƏDV geri al” portalında, həmçinin bankların təqdim etdiyi tətbiqlərdə ƏDV geri almaq üçün qəbzlərin oxunması problemi yaşanır.

Məlumat üçün bildirək ki, tənzimləmə bu gün başa çatacaq və sabahdan etibarən qəbzləri oxudaraq, ƏDV geri almaq mümkün olacaq.

Qeyd edək ki, QR ödənişlər üzrə birbaşa əldə olunan ƏDV-lər 8 iyunda, digər ödənişlər üzrə 7 iyunda geri qaytarılması nəzərdə tutulan ƏDV-lər isə yaxın bir neçə gün ərzində köçürüləcək.

Tarix
2025.06.07 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla