Yuxarı

Oğuzda dəhşətli qəza: Ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğuzda dəhşətli qəza: Ölən var

Oğuzda baş verən ağır yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə iyunun 19-u saat 14:00 radələrində, Qaraməryəm-İsmayıllı-Şəki magistiral avtomobil yolunun 104-cü kilometrliyində, Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Oğuz rayonu Kərimli kənd sakini, 1939-cu il təvəllüdlü Namiq Zahid oğlu Həmidzadə idarə etdiyi "VAZ 21011" markalı, 48 BA 676 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü N. Həmidzadə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi 1961-ci il təvəllüdlü Bənövşə Nəriman qızı Əsgərova isə aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan verilən məlumata görə, yaralı B. Əsgərova koma vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Tarix
2016.06.19 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla