Yuxarı

Bakını təhlükəli hörümçəklər bürüdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakını təhlükəli hörümçəklər bürüdü - Foto

Bakının mərkəzi küçələrində təhlükəli hörümçəkkimilər görünüb.

Oxu.az xəbər verir ki, hörümçək-falanqalar Bakıda 17-19 iyun tarixlərində keçirilən Formula-1 yarışlarından sonra öz yuvalarından çıxıblar.

Onların yuvalarından çıxmağa vadar edən səbəb kimi isə bolidlərin səsi göstərilir.

Bəzi internet istifadəçiləri şəhərdə gəzən falanqaların şəkillərini paylaşıblar.

Bakıda yerləşən Təcili Tibbi Yardım stansiyasından bildiriblər ki, hörümçək dişləməsindən şikayət edən olmayıb.

Qeyd edək ki, falanqalar yetərincə iri hörümçəkkimilərdir. Orta Asiya falanqalarının uzunluğu 5-7 sm-dir.

Onların bədəni uzun tükcüklərlə örtülüb. Falanqaların dişləməsi ağrılı olur. Əksər hallarda heç bir ağır nəticə vermir, amma bəzən ağır şişmələrlə müşayiət edilə bilər.

Məsələ ondadır ki, bu hörümçəkkimilərin zəhərli vəzləri yoxdur, ağız uclarında əvvəlki qurbanının qalıqları olur. Bu qalıqlar isə dişləmə zamanı yaraya düşərək zəhərlənməyə səbəb ola bilər.

Tarix
2016.06.21 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla