Yuxarı

“Halal” standartı dəqiqləşdi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Halal” standartı dəqiqləşdi - Rəsmi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 757-2014 "Halal məhsulların sertifikatlaşdırma qaydaları" dövlət standartı təsdiq edilib.

Bu standart "halal məhsul"ların sertifikatlaşdırılmasını, bu məhsullara uyğunluq sertifikatının verilməsi qaydalarını tənzimləyir (Gun.az).

Standarta əsasən "halal məhsul"ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməlidir. Əks halda sertifikatlaşdırılmayan məhsulların üzərində "halal" sözünün istifadəsinə qadağa qoyulacaq.

Beləliklə, cari ilin 1 aprel tarixindən etibarən AZS 731-2012 (OİC/ SMİİC 1:2011) "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində "halal" sözü yazılmış məhsulların istehsalı və satışı qadağan ediləcək.

Məhsullarında adıçəkilən sözdən istifadə edən müəssisələrə artıq bununla bağlı məlumat verilib. Onlar verilmiş bu müddət ərzində "halal" sözü yazılmış etiketlərin yeniləri ilə əvəzlənməsi üçün texniki məsələləri həll etməlidirlər.

Yəni sertifikatlaşdırılmadan "halal" sözünün istifadəsi qadağan olunduğuna görə, verilmiş müddətə qədər yeni etiketlərin sifarişi, çapı və digər zəruri məsələlər müəssisələr tərəfindən həll edilməlidir.

1 aprel tarixindən etibarən AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin "halal" markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.

Məqsəd qanunvericiliyin tələblərinin icra edilməsi ilə yanaşı, istehlakçı hüquqlarının etibarlı qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir.

Tarix
2014.02.24 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla