Yuxarı

Magistratura müsabiqəsinin nəticələri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Magistratura müsabiqəsinin nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini elan edib.

TQDK-dan Axar.az-a verilən məlumata görə, nəticələrr iyunun 21-də saat 19:05-dən etibarən Komissiyanın internet saytında yerləşdirib. saat 19:05-dən etibarən Komissiyanın internet saytında yerləşdirib.

Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 6336 bakalavrdan 5175 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2205 nəfərini dövlət sifarişi, 2970 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3103 nəfəri ali təhsil müəssisələrinin cari, 2072 nəfəri isə əvvəlki illərin məzunudur.

Bundan əlavə, 6 bakalavr idman sahəsi üzrə, 3 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2016-cı il iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Tarix
2016.06.22 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla