Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20
fevral tarixli 279 nömrəli Sərəncamı ilə İdris Balakişi oğlu İsayev
və Mətin İmdad oğlu Kərimli Azərbaycan Respublikasının əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin
ediliblər.

Nazir müavini İ.İsayev 22 oktyabr 1970-ci ildə anadan olub.
1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı
İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və
kredit fakültəsinini əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.
1992-1993-cü illərdə "İnkişaf" Səhmdar Kommersiya bankında
iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə
Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı
vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif
vəzifələrdə çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft
Akademiyasının ABŞ-ın Gorce Universiteti ilə birgə təşkil etdiyi
MBA proqramında təhsil alaraq, biznesin idarə olunması ixtisası
üzrə magistr dərəcəsinə yiyələnib. 24 yanvar 2005-ci il tarixində
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun
Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyun 2005-ci il
tarixli 117 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub.
2014-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.
İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin
hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin
proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların
həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin
olunmasında, əmək qanunvericiyinin tələblərinin yerinə
yetirilməsində səmərəli fəaliyyət göstərib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5
oktyabr 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli
fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə
təltif edilib.
Rus və ingilis dillərini bilir.
Evlidir, 3 övladı var.
Digər
nazir müavini. Kərimli Mətin İmdad oğlu 6 iyun 1979-cu ildə anadan
olub.
1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə
bakalavr dərəcəsi ilə bitirib. 2000-2001-ci illərdə Strasburq
Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom,
2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb.
2005-ci ilin may-iyul aylarında C. Marşal Avropa Elmləri Mərkəzində
(Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında
təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə
Kollecində ali kursu bitirib.
2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi
üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və
idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb.
1998-1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli
Şurasının vitse-prezidenti, 2003-2004-cü illərdə həqiqi hərbi
xidmətdə olmuş, 2005-2008-ci illərdə Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent,
2008-2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma
idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009-2011-ci
illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində
ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri
idarəsinin ikinci katibi, 2012-ci ilin iyun ayından bu vaxta qədər
isə Azərbaycan Respublikası Vergilər Vazirliyininin Beynəlxalq
münasibətlər idarəsinin rəisi vəzifələrində çalışıb.
İngilis, fransız, rus və ispan dillərini bilir.
Evlidir, 3 övladı var.
Xatırladaq ki, yeni təyinatlar ölkə başçısının "Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edilməsi
barədə" sərəncamının 5.4.-cü bəndinə əsasən həyata keçirilib. Həmin
sənəddə azirin müavinlərinin sayının iki nəfərdən 4 nəfərə qədər
artırmaq nəzərdə tutulub.