Yuxarı

Aslan Aslanov yıxılmağından danışdı: “Allah göstərməsin"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aslan Aslanov yıxılmağından danışdı: “Allah göstərməsin"

Kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı faciəsi ilə bağlı Atatürk Mərkəzində keçirdiyi tədbir iştirakı zamanı oturduğu mütəhərrik kreslonun aşması barədə yazılan məlumatlara münasibət bildirib.

"Axar.az" "Publika.az"a istinadən məlumatına əsasən, A.Aslanov açıqlamasında söyləyib ki, yazılanların bəzisi həqiqəti əks etdirmir.Tədbir zamanı oturduğu stolun ayağının sındığını vurğulayan A.Aslanov deyib: "Ancaq mən stoldan yıxılmadım. Stolun ayağı sınan zaman mən dərhal yanımdakı stoldan tutub dayandım. Sonra da yeni stol gətirdilər, oturdum. Yerə aşmaq nədir? Hamısı boş söhbətlərdir. Mən yıxılmamışam. Əgər yıxılsaydım, o zaman ayağım sınardı, kostyumum da batardı. Allah göstərməsin, o boyda yerdən adam aşsa, qolu-qıçı qırılar. Mən həmin vaxt yandakı stoldan əlimi tutub dayandım, sonra da Vaqif adlı bir jurnalist stol gətirdi, orada oturdum".


A.Aslanov stoldan yıxılmasına artıq çəkili olmasının səbəb olması ilə bağlı iddialara da cavab verib: "Mən elə də kök deyiləm. Bu cür əlaqələndirmək doğru deyil. Əslində belə şeylərə görə onun-bunun gözünə gəlirsən".

Tarix
2014.02.24 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla