Yuxarı

Lənkərandan Koreyaya tələbə göndəriləcək - Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkərandan Koreyaya tələbə göndəriləcək - Səfir

Koreya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyun Lənkəranda olub.

Report-un məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov qonağı qarşıladıqdan sonra ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, qarşısına gül qoyulub.

Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) keçirilən görüşdə koreyalı diplomata Lənkəranın coğrafi mövqeyi, əhalinin məşğulluğu, sosial-iqtisadi inkişafı, turizm potensialı barədə ətraflı məlumat verilib. Lənkəranın çayçılıq, sitrusçuluq və çəltikçilik kimi ənənəvi təsərrüfat sahələrinin yeni texnologiyalara əsaslanan, müasir marketinq qaydalarına uyğun şəkildə inkişaf etdirildiyi bildirilib. Ötən ildən başlayaraq Koreyadan gətirilən sitrus növünün daha geniş ərazidə artırılmasından ötrü rayona yeni tinglərin gətirildiyi söylənib.

T.Qaraşov bu meyvənin təkcə bazara çıxarılmasını deyil, sənaye üsulu ilə emalı üçün Koreya texnologiyasının Lənkəranda quraşdırılmasını məqsədəuyğun olduğunu qonağın diqqətinə çatdırıb.

Səfir Kim Çanq-Qyun Azərbycan və Koreya xalqının eyni kökə aid olduğunu, azərbaycanlıları Orta Asiya xalqları kimi qohum xalq olduğunu bildirib: "Altay dillərində danışan xalqlar olaraq eyni mədəni kökü paylaşırıq. Həmçinin, xalqlarımız uzun tarixi dövr ərzində formalaşmış zəngin mədəni irsə malikdir. Xalqlarımızın mədəniyyət sahəsində əməkdaşlıq etməsinə baxmayaraq, etiraf etməliyəm ki, bu, kifayət deyil. Ümid edirəm ki, əməkdaşlığımız mədəniyyətin bütün sahələrdə daha fəal şəkildə inkişaf edəcək. Bunun üçün 2-3 qat artıq işləmək lazım gəlir. İl ərzində Koreyadan Azərbaycana 3.5 - 4 minə qədər koreyalı gəlir. Bu çox azdır. Burada çalışacağım müddətdə bu rəqəmin 50 minə qədər artırılmasına çalışacağam. Bunun üçün mədəni əlaqələr əsas istiqamətlərdəndir".

Təhsil sahəsində də layihələrə qoşulmaq fikrini bildirən səfir imkan daxilində ildə, və yaxud iki ildən bir Lənkərandan bir seçilmiş tələbənin Koreyada təhsilini davam etdirmək imkanı olacağını söyləyib.

Görüşün sonunda səfir Kim Çanq-Qyuna Lənkəran sənətkarlarının toxuduqları xalça hədiyyə edilib.

Tarix
2016.06.23 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla