Yuxarı

Millət vəkili elan etdi: Bir həftə sonra artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili elan etdi: Bir həftə sonra artırılır

Bir həftə sonra Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq.

Axar.az Müsavat.com-a istinadla xəbər verir ki, bunu parlamentin iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, cənab Prezidentin imzaladığı fərmana əsasən, iyulun 1-də sosial paketin növbəti elementi olaraq ölkəmizdə müavinət və təqaüdlərdə artımlar reallaşacaq:

“Sonuncu artımlar 1.1 milyon vətəndaşlarımızı əhatə edəcək və bu Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən işlərin tərkib hissəsidir.

Məhz möhtərəm Prezidentin tapşırıqlarına uyğun olaraq bu ilin yanvar ayından 5-ci sosial paketin icrasına start verilib. Cənab Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edən yeni sosial paket çərçivəsində 1 milyon 100 min vətəndaşımızın pensiyasında, minimum əmək haqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşında və eləcə də sosial müavinət və təqaüdlərdə artımlar reallaşıb.

Yeni artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əmək haqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və dinamika bu il də davam edəcək”.

V.Bayramov əlavə edib ki, 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq: “Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır”.

Tarix
2025.06.24 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla