Yuxarı

Azərbaycanda pestisid zavodu tikiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda pestisid zavodu tikiləcək

"Aqrokimya Azərbaycan" MMC Sumqayıt Kimya Sənaye Parkında Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan pestisidlərin – bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsulların istehsalını və satışını həyata keçirəcək.

Axar.az İqtisadiyyat Nazirliyinin saytına istinadən məlumat verir ki, bununla əlaqədar olaraq, yaxın zamanlarda sənaye parkının 18 hektar ərazisində yeni yaradılacaq istehsal müəssisəsinin tikinti işlərinə başlanılması planlaşdırılır. Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir.

Layihə çərçivəsində parkın ərazisində ildə 57 min ton maye halında və 13 min ton toz halında pestisidlər istehsal edən müəssisə inşa ediləcək. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 100-dən artıq insanın işlə təmin olunması nəzərdə tutulur. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Qeyd edək ki, "Aqrokimya Azərbaycan" MMC bu ilin iyun ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb. Bu müəssisə Sumqayıt Kimya Sənaye Parkının sayca 8-ci rezidentidir.

Tarix
2016.06.24 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın diplomatik riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla