Yuxarı

Litvadakı soydaşımız verilişdə bu məsələdən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Litvadakı soydaşımız verilişdə bu məsələdən danışdı

Litva Milli Radiosunda 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə təşkil olunan verilişdə mədəniyyətlərarası dialoq və Litvada miqrantların cəmiyyətə inteqrasiyası mövzusunda geniş müzakirə aparılıb.

Axar.az xəbər verir ki, verilişdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatının (IOM Lithuania) nümayəndələri ilə yanaşı, Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə koordinatoru Nərmin Əliyeva da iştirak edib.

Nərmin Əliyeva 8 ildən çoxdur ki, Litvada əcnəbilər və yerli icmalar arasında körpü rolunu oynayan mədəni tədbirlər təşkil etdiyini bildirib. Hər il təşkil olunan Novruz bayramı tədbirlərinin artıq yalnız Azərbaycan diasporu üçün deyil, eyni zamanda Litva cəmiyyəti üçün də əhəmiyyətli mədəniyyət bayramına çevrildiyini deyib. Novruz adət-ənənələrinin yerli əhali arasında böyük maraqla qarşılandığını vurğulayıb.

O, Litva ictimaiyyətində mədəni müxtəlifliyə marağın artdığını və cəmiyyətin daha açıq, tolerant olduğunu qeyd edib.

Tarix
2025.07.01 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla