Yuxarı

Qarabağda Belarusla layihələr həyata keçiriləcək - Mustafayev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda Belarusla layihələr həyata keçiriləcək - Mustafayev

Azərbaycan və Belarus arasında ənənəvi olaraq sıx dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Belarusun Müstəqillik Günü münasibətilə keçirilən qəbulda bildirib.

"Müstəqillik illərində Azərbaycan-Belarus münasibətləri hərtərəfli inkişaf edib və qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsinə çatıb. Azərbaycan Belarus ilə açıq dialoq və tam qarşılıqlı anlaşmaya əsaslanan çoxşaxəli əməkdaşlığı yüksək qiymətləndirir", - Ş.Mustafayev bildirib.

O, həmçinin vurğulayıb ki, dövlət başçılarının birgə səyləri sayəsində ölkələr arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir: "Dövlətlərarası münasibətlərimizin möhkəm müqavilə-hüquq bazası formalaşıb. Bu günə qədər 170-dən çox ikitərəfli sənəd imzalanıb. Ən yüksək səviyyədə aktiv dialoq aparılır".

Ş.Mustafayevin sözlərinə görə, ölkələr arasında ticari-iqtisadi münasibətlər ikitərəfli əlaqələrin əsas istiqamətidir.

"Qarşılıqlı ticarətin şaxələndirilməsinə və investisiya əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Sənaye kooperasiyası sahəsində bir çox uğurlu layihələr həyata keçirilir. Bu əməkdaşlığın genişləndirilməsi prioritetlər sırasındadır", - o bildirib.

Ş.Mustafayevin fikrincə, eyni zamanda kənd təsərrüfatı, nəqliyyat, energetika, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar mövcuddur.

"Bundan əlavə, gündəlikdə Azərbaycanın azad edilmiş ərazilərində birgə layihələrin həyata keçirilməsi məsələsi var", - Baş nazirin müavini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda münasibətləri davam etdirməyə hazırdır.

Tarix
2025.07.01 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla