Yuxarı

Şahinin hansısa cinayətə görə saxlanılması... - Elçin Şıxlı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahinin hansısa cinayətə görə saxlanılması... - Elçin Şıxlı

Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə hərbi xidmətini Yekaterinburqda çəkib. Ondan sonra orada hüquq təhsili alıb. Hüquqşünasdır və hüquq şirkəti var. Ömrünün demək olar ki, çox hissəsini - beşdən dördünü Rusiyada yaşayıb. Orada çox nüfuzlu şəxslərdən biridir, biznesmendir.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılmasına münasibət bildirərkən deyib.

O, Şahin Şıxlinskinin dəfələrlə ulu öndər Heydər Əliyevin qəbulunda olduğunu bildirib:

“Onun Yekaterinburq vilayətinin qubernatoru ilə gözəl əlaqələri var idi. Yəni o, olduğu bölgədə tanınmış, nüfuzlu adamdır. Bu baxımdan Şahinin hansısa kriminal hadisəyə görə saxlanılması biabırçılıqdır. İyunun 27-də Yekaterinburqda həbs edilən bir neçə soydaşımızın hüquqlarını məhkəmədə Şahin və oğlu Mutvali Şıxlınski (Mutvəli Şıxlınski də vəkildir - red.) qoruyub, onların bəzisinin həbsdən azad edilməsinə nail olublar”.

Elçin Şıxlı qeyd edib ki, Şahinin bu şəkildə həbsi gözlənilmirdi: “Amma görünür, Rusiya rəhbərliyi başını itirib. Baş verənlər Rusiya ilə diplomatik əlaqələrimizi ciddi şəkildə zədələyəcək”.

Tarix
2025.07.01 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla