Yuxarı

Bakıda 80 milyon dollara park salınacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 80 milyon dollara park salınacaq

Bakıda 80 milyon dollar dəyərində "Özbəkistan" mədəni-əyləncə kompleksinin inşası üzrə işlərə başlanılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə özbək KİV-ləri sahibkar Cahangir Artıxocayevə istinadən məlumat yayıb.

"Azərbaycan paytaxtında "Özbəkistan" mədəni-əyləncə kompleksinin tikintisi üzrə genişmiqyaslı layihə həyata keçirilir. Yeni park “Bakı Ağ şəhərdə” (Baku White City) 4,5 hektar ərazidə inşa edilir. Layihənin ümumi dəyəri 80 milyon dollar təşkil edir. Proqnozlara görə, illik ziyarətçi sayı 800 min nəfərə çata bilər", - o qeyd edib.

İş adamı bildirib ki, layihənin həyata keçirilməsinə 10 fevral 2025-ci ildə başlanılıb, kompleksin tikintisi zəruri icazələr alındıqdan sonra iki il çəkəcək:

"Artıq söküntü, torpaq işləri, kommunikasiyaların quraşdırılması həyata keçirilib. 11 km boru kəməri, 15 km elektrik kabeli çəkilib, 8 elektrik paneli, 5 nasos və 4 rezervuar quraşdırılıb. Layihə Səmərqənd, Buxara, Xivə üslubunda memarlıq obyektlərinin, emalatxanaların, milli mətbəx restoranlarının, çimərliyin, okeanariumun, ticarət-əyləncə mərkəzinin, mum fiqurlar muzeyinin, şopinq-avenyunun və unikal uçan teatrın yaradılmasını nəzərdə tutur".

Konsepsiyanın hazırlanmasına Özbəkistandan olan memarlar cəlb olunub. Daxili infrastrukturu Avstraliya şirkəti "Sanderson Group" - tematik parkların, o cümlədən Daşkənddəki "Magic City" və Özbəkistandakı bir sıra iri obyektlərin tanınmış beynəlxalq tərtibatçısı layihələndirir.

Layihənin Bakı mühitinə uyğunlaşdırılması ilə Azərbaycanın memarlıq büroları məşğul olur.

"Burada Özbəkistanın mədəniyyəti, ənənələri və adətləri əks olunacaq, milli yeməklərin və geyimlərin satışı təşkil ediləcək. Prezident Şavkat Mirziyoyev parkın Azərbaycanda Özbəkistanın həqiqi güzgüsü olmasını tapşırıb", - deyə sahibkar vurğulayıb.

Xatırladaq ki, iyunun 2-də Azərbaycan və Özbəkistan prezidentləri Özbəkistan xəritəsi formasında tərtib ediləcək parkın təməlini qoyublar.

Tarix
2025.07.03 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla