Yuxarı

Ağsuda şübhəli missioner peyda olub – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağsuda şübhəli missioner peyda olub – Özəl

"Ağsuda İcra hakimiyyəti ilə dindarlar arasında münasibətləri qızışdırırlar".

Bu informasiya "Axar.az"a Ağsu rayonundakı mənbələrdən daxil olub.

Bildirilir ki, Rövşən Süleymanov adlı şəxs bu işdə xüsusilə fərqlənir. Onun İngiltərədə yaşayan Nazim Kıbrısi adlı şeyxin tələbəsi olduğu deyilir. Mənbə həmçinin Rövşən Süleymanovun Qax rayon sakini olduğunu, amma Ağsuda məskunlaşdığını qeyd edir. Həmin dindarın məscidləri gəzərək insanları icra başçısına qarşı qaldırdığını deyilir:

"Rövşən Süleymanov İngiltərədə yaşayan Nazim Kıbrısi adlı şeyxin tələbəsidir. Tez-tez onun yanına müxtəlif yerlərdən, hətta İngiltərədən də türklər gəlir. Hər biri qəribə şalvar və əbada olurlar. Xarici görünüşlərindən vəhabilərlə əlbir olduqlarına dair şübhələr yaranır".

Mənbə həmçinin İcra hakimiyyətilə yerli dindarlar arasında məhz bu şəxsə görə münasibətlərin pozulduğunu bildirib. O, yerli idarəetmə orqanı rəhbərinin həmin şəxsin rəsmi qeydiyyatda olmadığını əsas gətirərək, yerli dindarlara təzyiq etdiyini deyib.

Xəbərdə bildirilir ki, R.Süleymanovun niyyəti və hədəfləri hələlik bəlli deyil. Bəlli olan yeganə məsələ dindarlarla rəsmi qurumlar arasında səpdiyi narazılıq toxumudur.

Tarix
2014.02.25 / 09:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla