Yuxarı

Bakıda qətl törədən 22 yaşlı gənc müalicəyə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qətl törədən 22 yaşlı gənc müalicəyə göndərildi

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Məmmədəli Əmirxanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Məmmədəli Əmirxanovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübüta yetirildiyi üçün o, məcburi müalicəyə göndərilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 13-də saat 23 radələrində Bakının Suraxanı rayonunda baş verib. Belə ki, 1987-ci il təvəllüdlü Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2003-cü Məmmədəli Əmirxanovun aralarında yaranmış mübahisə zamanı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun həmin gün yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2025.07.10 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar Somali və Uqandaya vizasız gedəcək - Təsdiqləndi

Bakı bu dörd ermənini İrəvana verdi

Tarixi fürsətdir, İran zərərsizləşdiriləcək!

ABŞ-ın İrana qarşı A və B planı

ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi

Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır

Ermənistan bizi Qafqazdan çıxarır - Solonnikov

Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan

Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat

İran bir neçə milli dövlətə parçalana bilər - Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla