Yuxarı

AZAL jurnalistləri Türkiyəyə apardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL jurnalistləri Türkiyəyə apardı

AZAL milli mətbuatın 150 illiyi münasibətilə Türkiyənin Adana və Mersin şəhərlərinə media-tur təşkil edib.

Axar.az xəbər verir ki, 10 iyulda başlayan media-tur 13 iyuladək davam edəcək.

Media-tur çərçivəsində jurnalistlər üçün təlim keçiriləcək. Təlim zamanı iştirakçılara AZAL-ın strukturu, aviaşirkətin fəaliyyətinin özəllikləri, həmçinin turizm jurnalistikası barədə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanın milli aviaşadıyıcısı AZAL 15 iyun tarixindən etibarən Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən Çukurova Beynəlxalq Hava Limanına müntəzəm reyslər həyata keçirir.

Uçuşlar həftədə iki dəfə olmaqla cümə axşamı və bazar günləri yerinə yetirilir.

Türkiyə istiqamətində uçuş coğrafiyasının genişləndirilməsi iki qardaş ölkə arasında hava nəqliyyatı, turizm, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Yeni marşrut sərnişinlərə Adana və Mersin kimi böyük şəhərlərə, eləcə də ətraf bölgələrə daha rahat səyahət imkanı yaradır.

Tarix
2025.07.11 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla