Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2019


Sabunçudakı atışmada yaralanan şəxs öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda baş verən atışmada xəsarət alanlarından daha biri dünyasını dəyişib.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, 3 saylı Şəhər Klinik Xəstəxanasından bildirilib ki, güllə yarası ilə xəstəxanaya daxil olan Yusif Əlipaşayev bu gün səhər aldığı xəsarətdən ölüb.

Xəstəxanadan həmçinin bildirilib ki, hadisə nəticəsində xəsarət alanlar - Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov Mərkəzi Klinikaya oğlu Asif Nəzərov isə Daxili İşlər Nazirliyinin hospitalına köçürülüb.

Qeyd edək ki, fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, G. Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G. Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə G. Lətifovun evinə baxış zamanı 19 ədəd patron aşkar edilib götürülüb.

Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır.

Hadisə zamanı güllə yarası alan A. Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, A. Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.

Tarix
2014.02.25 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Məmmədov müraciət etdi, nazir dərhal tapşırıq verdi - Video

Mənzildən oğurluq edən şəxs saxlanıldı

Qubada məktəb binasındakı yanğınla bağlı yeni məlumat

"Azercell"in KSM strategiyası: 13 min insan tibbi yardım aldı

Yeni proqram nə vəd edir? - Yazıçı

Meşələrin qorunması üçün yeni proqram hazırlandı

Bakıda daha bir avtobus yandı - Foto

DANX qəza törədən daşıyıcı ilə müqaviləni pozdu?

Liya Bayramova yeni vəzifəyə təyin olundu

Həcc ziyarətinin builki qiyməti

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla