Yuxarı

Azərbaycanda 100 min adam pulsuz istirahət edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 100 min adam pulsuz istirahət edəcək

Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 20 mindən artıq insana müxtəlif sahələr arasında bölgü prinsipi ilə göndəriş verir.

Report xəbər verir ki, bu açıqlama ilə AHİK prezidenti Səttar Mehbalıyev çıxış edib.

Onun sözlərinə görə, həmçinin bu il təxminən 80 min göndərişin də iqtisadiyyatın müxtəlif sahələri və ölkənin bölgələri üzrə yaradılmış həmkarlar təşkilatları tərəfindən veriləcəyi gözlənilir: "Beləliklə, ilin sonuna qədər 100 min insan istirahət mərkəzlərinə göndəriş alacaq".

S.Mehbalıyev qeyd edib ki, göndərişlərin verilməsi üçün hansısa müəssisədə həmkarlar təşkilatının olması vacib deyil: "Kurortlar Birliyi var. İstənilən şirkət o təşkilatla müqavilə bağlaya bilər ki, məsələn, bu il sizdən 500 min manatlıq göndəriş alacağam. Həmin vəsait birliyin hesabına köçürülür və işçilər arasında bölünür".

Onun sözlərinə görə, ötən illə müqayisədə göndərişlərin sayında təxminən 10% artım var: "Əgər ayrılan vəsait artırsa avtomatik olaraq göndərişlər də artır. Məsələn, keçən il və yaxud əvvəlki il Dövlət Neft Şirkəti 5 mln. manatdan artıq vəsait ayırıb və neft sənayesində çalışan işçilərə göndərişlər verilib".

Tarix
2016.06.29 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla