Yuxarı

Bu abituriyentlər imtahana buraxılmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün 18 – 22 iyul (saat 23:59-dək) 2025-ci il tarixlərində verilən link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı ən az 200 olan və Qabiliyyət İmtahanı Komissiyası üzrə məqbul qiymət almış abituriyentlər(subbakalavrlar) iştirak edə bilərlər.

"Hazırda müsabiqə şərtlərini ödəməyən, lakin qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən və I ixtisas qrupu üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri elan olunduqdan sonra ümumi balı 200-dən aşağı olacaq abituriyentlərin nəzərinə çatdırırıq ki, qabiliyyət imtahanının nəticəsindən asılı olmayaraq onlar ixtisas seçiminə buraxılmayacaq və qabiliyyət imtahanı üçün ödəniş haqqı (varsa) geri qaytarılmayacaq.

Xatırladaq ki, abituriyentlər(subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər (subbakalavrlar) məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2025-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət/memarlıq” adlı xüsusi buraxılışında verilib", məlumatda deyilib.

Tarix
2025.07.18 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Azərbaycanla bağlı gözlənilməz açıqlama...

Pakistandan Azərbaycana dəstək...

Prezidentin MQ ilə son görüşü: Sizi dəvət etməmişəm! - Video

Bakıya xain addıma Pakistandan qardaş cavabı

Azərbaycanla Çin arasında vizanın ləğv edilməsi...

Putin İlham Əliyevlə hələ danışmayıb - Peskov

İlham Əliyev Çində mühüm tədbirdə çıxış etdi

ATƏT sədrindən Minsk qrupunun ləğvinə - Reaksiya

Qərb “dondu”, üstünlük Şərqə keçir – sammitə baxın!

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla