
Erməniəsilli rejissor da sanksiya siyahısında...
14:12
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda olub.
Hikmət İsgəndərovun idarə etdiyi VAZ-21011 markalı avtomobilin yol kənarında dayanmış "Mitsubişi" markalı yük avtomobili ilə toqquşması nəticəsində sərnişin 1980-ci il təvəllüdlü Azadə İsgəndərova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü H.İsgəndərov və sərnişin 2008-ci il təvəllüdlü Zənurə İsgəndərova müxtəlif xəsarətlər ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.
Tarix
2025.07.19 / 09:40
|
Müəllif
Axar.az
|