Yuxarı

Ermənilərin növbəti təxribatı baş tutmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin növbəti təxribatı baş tutmadı

24 fevral tarixində Azərbaycanın Argentinadakı Səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutundakı Azərbaycanşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Xocalı soqyırımının 22-ci ildönümü münasibətilə "Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasının regiondakı vəziyyətə təsiri" mövzusunda seminar keçirilib.

Tədbirdə Argentina rəsmi qurumlarının, diplomatik korpusun, akademik çevrələrin, müxtəlif dini və milli icma təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirin başlanmasından öncə Argentina erməni icmasının nümayəndələri Səfirliyin qarşısına toplaşaraq tədbirə gələn şəxslərin binaya girişinə mane olmağa çalışıblar. Tədbir iştirakçılarının ünvanına təhqiramiz ifadələr səsləndirərək, habelə Səfirliyin əməkdaşlarına zor tətbiq etməyə cəhd göstəriblər. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni icmasının təxribatının qarşısı alınıb. Tədbirə mane olmaq cəhdlərinin faydasızlığını görüncə erməni icmasının nümayəndələri 26 fevral tarixində Azərbaycan Səfirliyinin qarşısında növbəti aksiyaya toplaşacaqlarını bəyan edərək oradan uzaqlaşıblar.

Tarix
2014.02.25 / 13:59
Müəllif
Axar.az
Digər xəbərlər

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla