Yuxarı

Xocalının Təzəbinə kəndi ilə bağlı xoş xəbər!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin sonunadək Xocalının Təzəbinə kəndində ümumilikdə 197 fərdi ev hazır olacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarda Tikinti, Bərpa və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Onun sözlərinə görə, gələn il isə daha 159 fərdi evin təmir və bərpası nəzərdə tutulub.

Məlumat verilib ki, hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir:

“Belə ki, 15,5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 11,4 kilometr uzunluğunda təbii qaz xətti çəkilib, 1,2 kilometr uzunluğunda mövcud xətt isə bərpa olunub. Həcmi 300 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 16 kilometr uzunluğunda rabitə xətti çəkilib və abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi üçün şərait yaradılıb. 3100 metr uzunluğunda kənddaxili yollara asfalt örtüyü salınıb, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb”.

Qeyd edək ki, Təzəbinə kəndi Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub.

Xatırladaq ki, İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.

Tarix
2025.07.19 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla sülh müqaviləsinin mətni razılaşdırılıb - Əliyev

Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var - Prezident

Tramp administrasiyası ilə əlaqələr yaxşıdır - İlham Əliyev

Ermənistan dəhlizi bundan sonra da bloklasa... - Prezident

İlham Əliyevdən ukraynalılara: Heç vaxt işğalla barışmayın!

Bu, Azərbaycanda ilin hadisəsi oldu - Prezident

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident 3-cü Şuşa Qlobal Media Forumunda iştirak edir - Canlı

Əhmədian Qriqoryanla danışdı: İran buna qarşıdır...

AB-dən Azərbaycan şirkətinə qarşı sanksiya - Yeni detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla