Yuxarı

Azərbaycana gələn rus turistlərin sayı azaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana gələn rus turistlərin sayı azaldı

Bu ilin ilk beş ayında Rusiyadan Azərbaycana 241 154 turist gəlib.

Dövlət Turizm Agentliyindən Axar.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan gələn turistlərin sayı 13, Türkiyədən 1, İrandan isə 6 faiz azalıb.

Şimal Şərqi Asiya üzrə 40 faiz, Cənubi Asiya üzrə 16 faiz, Afrika ölkələri üzrə 33 faiz, Yaxın Şərq ölkələri üzrə isə 20 faiz artım qeydə alınıb.

Qeyd edək ki, dövr ərzində Azərbaycana Türkiyədən 173 473 nəfər, İrandan 84 215 nəfər, Şimal Şərqi Asiya ölkələrindən 26 084 nəfər, Cənubi Asiya ölkələrindən 136 483 nəfər, Afrika ölkələrindən 6 353 nəfər, Yaxın Şərqdən isə 97 139 nəfər turist səfər edib.

Ümumilikdə isə yanvar-may aylarında Azərbaycana 979 963 xarici turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətdə 1 faiz artıb. Təkcə cari ilin may ayında isə 244 079 turist ölkəmizə səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2 faiz artım deməkdir.

Tarix
2025.07.19 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Bakıda mühüm forum başladı: Prezident iştirak etdi - Foto

Katolikosun Qarabağ açıqlaması müharibə çağırışıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla