Yuxarı

"AzerGold" Laçına xatirə sikkəsi həsr edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq.

"AzerGold" QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev Axar.az-a bildirib ki, yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində təqdim olunan stendində nümayiş olunub.

Yeni sikkə füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub.

Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq yaradıcılığının vacib bir hissəsi olan, Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının naxışlarından istifadə edilib. Sikkənin əsas elementi dövlət rəmzlərinin əsas tərkib hissələrindən biri - səkkizguşəli ulduzdur.

Ariz Tarverdiyev qeyd edib ki, “Laçın” sikkəsi "AzerGold"un istehsalı olan sayca 13-cü sikkədir və dövlət şirkətinin hasil etdiyi yerli qızıl və gümüşdən hazırlanacaq. Laçın qızıl və gümüş sikkələrinin yaxın zamanda ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.

Tarix
2025.07.20 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

Azərbaycanın MDB-nin iclasında iştirak etməməsi...

Əbu-Dabidəki görüş konstruktiv oldu - Hacıyev

Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır

Şərqi Azərbaycanda güclü zəlzələ baş verdi

Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla