Yuxarı

Qlobal Media Forumunun ikinci günü başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun ikinci günü başa çatıb.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təbrik nitqi söyləyib.

O, çıxışında Azərbaycanda media sisteminin formalaşmasından, 44 günlük müharibə zamanı dezinformasiyaya qarşı mübarizədən danışıb və süni intellektin media sferasına gətirilməsinin dövrümüzün qaçılmaz prosesi olduğunu vurğulayıb.

Forum “İnnovativ yanaşmalar: rəqəmsal texnologiyalar dövründə media savadlılığı” mövzusunda panel müzakirəsi ilə davam edib.

İkinci gün iştirakçılar üçün tanışlıq proqramı təşkil olunub.

Əvvəlcə forumun qonaqları Ağdam şəhərindəki İmarət Saray Kompleksini ziyarət ediblər. Sonra onlar Ağdam Sənaye Parkında olub, burada sakinlərdən birinin fəaliyyəti ilə tanış olub, həmçinin dəmir yolu və avtovağzal kompleksinə baş çəkiblər.

Ağdam rayonunda sonuncu məntəqə Xıdırlı kəndi olub, burada qonaqlar qəsəbənin bərpası prosesi ilə maraqlanıblar.

Qarabağ bölgəsində aparılan bərpa işlərinin miqyası haqqında daha dolğun təsəvvür əldə etmək üçün forum iştirakçıları Xocalıya da səfər ediblər.

Xatırladaq ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak edir.

Tarix
2025.07.20 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

Azərbaycanın MDB-nin iclasında iştirak etməməsi...

Əbu-Dabidəki görüş konstruktiv oldu - Hacıyev

Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır

Şərqi Azərbaycanda güclü zəlzələ baş verdi

Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla