Yuxarı

Rusiya “Yaşıllar Hərəkatı”nın gəmisini bu cür ələ keçirdi - Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya “Yaşıllar Hərəkatı”nın gəmisini bu cür ələ keçirdi - Video

"Yaşıllar Hərəkatı" 19 sentyabr tarixində Rusiya Sahil Təhlükəsizliyi "Arktik Sanrays" gəmisinə helikopterlə endiyi və silah gücünə gəmini ələ keçirdiyi anın videosunu paylaşıb.

"Yaşıllar Hərəkatı"nın sivil etirazının ardından gəmi ələ keçirilib. Daha sonra isə gəmi Rusiya sahillərdə lövbər salıb və 28 aksiyaçı ilə iki azad jurnalist o gündən bəri həbs olunaraq mühakimə olunur.

"Arktik Sanrays" gəmisinin 30 nəfərlik komandası hal-hazırda həm piratlıq, həm də xuliqanlıq ittihamı ilə mühakimə olunur. Bu iki ittiham bir yerdə isə 22 ilə qədər həbs deməkdir.

Komandanın qeyri-zorakı olduğu açıq-aşkardır

Komandanın təslim olma anında qeyri-zorakı olduqlarını vurğulayan "Yaşıllar Hərəkatı"nın Rusiya təmsilçisi Vladimir Çoprov "videoda göründüyü kimi "Yaşıllar Hərəkatı"nın beynəlxalq komandası basqın zamanı dirənmir. Sülhsevər olduqlarını göstərmək üçün əllərindən gələni edirlər və əllərini yuxarı qaldırırlar. Bunlar xuliqanların və ya piratların tərzi deyil",- deyib.

Tarix
2013.11.09 / 14:07
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla