Yuxarı

Bu azərbaycanlının hərəkətləri heyrət doğurur - Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu azərbaycanlının hərəkətləri heyrət doğurur - Video

Tennis topu ilə etdiyi hərəkətlərini bütün dünya izləyir.

Xəzərxəbər məlumat verir ki, söhbət azərbaycanlı 21 yaşlı gənc Vaqif Fatehidən gedir. Tennis, basketbol topu və digər idman alətləri ilə etdiyi hərəkətləri qısa video halında çəkərək sosial şəbəkələrə yükləyən gənc qısa vaxtda məşhur olub.

O, tenis topu ilə butulkanın qapağını açır. Təxminən 20 metrlik məsafədən atdığı topu səbətə salır.

Başqa bir hərəkəti isə daha həyəcanlıdır. Əvvəlcə səhv etmədən ardıcıl 5 plastik qabın içinə tenis topunu atır. 6-cı atışda isə bütün plastik qablar bir-birinin içərisinə daxil olur.

Bu cür hərəkətlərdən bəhs edən videoları çəkərək sosial şəbəkələrdə paylaşan Vaqif Fatehi həm də tennisçidir. İdmana uşaqlıqdan həvəsi olan Vaqif deyir ki, onun bu məharəti internetdə izlədiyi bir video sayəsində üzə çıxıb.

Təkcə İnstaqramda 63 mindən çox izləyicisi olan gəncin ən çox diqqət çəkən videosu 15 milyondan çox izlənilib və əcnəbilərin də xeyli marağına səbəb olub.

Hələlik bu məharətindən pul qazanmayan gənc deyir ki, əsas hədəfi gənclərdə idmana olan marağı artırmaqdır. O, bu bacarığı ilə istəyəndə heç nəyin mümkünsüz olmadığını göstərmək istəyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2017.04.20 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla