Yuxarı

Gürcü professordan ermənilərlə bağlı şok sözlər – Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ problem və regionda erməni təhdidi ilə bağlı Suxumi Dövlət Universitetinin professoru, tarixiçi Quram Marxuliya Axar TV-yə açıqlama verib.

Quram Marxuliya açıqlamasında bildirir ki, Rusiyanın Qafqazda möhkəmlənmək istəyi ilə ermənilər Azərbaycan və Gürcüstanın tarixi torpaqlarına köçürüldülər:

"Bu köçürülmə həm də gələcəkdə müstəqil Ermənistan dövlətinin yaradılmasının təməlinin qoyulması demək idi. Rusiya böyük bir Ermənistan dövlətinin yaradılması məqsədini güdürdü. 19-cu əsrdə bunun üçün bütün zəmin yaradılımışdı. Rusiya Osmanlı İmperiyasının böyük ərazilərini özünə birləşdirmək istəyirdi. Bu istiqamətdə rus diplomatları və ermənilərin istəkləri üst-üstə düşürdü. Bu layihədə də ermənilərin iç üzü, onların yaşadıqları ölkələri necə satmaları, satqın xarakterləri, arxadan zərbə vurmaları ortaya çıxdı. Onlar kimlərə arxadan zərbə vurmayıb ki? Gürcülər, azərbaycanlılar, türklər... Bu siyahını uzatmaq da olar. Və I Dünya Müharibəsinin başlanması rusların və ermənilərin böyük ərazi yaratmaq arzularını puç etdi.

Ötən əsrin əvvəlində daşnak ermənilər həm Azərbaycana, həm də Gürcüstana qarşı müharibə elan etdi. Sonrakı illərədə - SSRİ zamanında, 70 il ərzində isə ermənilər sanki bir fasilə götürmüşdü ki, yeni hücumlar və torpaq iddiasına düşsünlər. Nəticədə də Rusiyanın dəstəyi ilə ermənilər Dağlıq Qarabağ münaqişəsini törətdilər. Hazırda Azərbaycanın 20 faiz tarixi torpağı işğal altındadır.

Sirr deyil ki, bu gün də Ermənistan rəhbərliyi özlərinin qədim xüsusiyyətlərini sərgiləmkdədirlər. Onlar satqın, qonşuya xələl yetirmək əməllərindən xilas ola bilmirlər. Səbəb isə sadədir - bu "xalq" qonşuları ilə dostluq, qarşılıqlı hörmət münasibətlərində yaşaya bilmir. Ermənilərin təxribatlarına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev oduqca müdrik siyasət həyata keçirir. 20 il ərzində dünyada Azərbaycanı tanımağa, bu ölkəyə hörmət etməyə başladılar. Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzu göz önündədir. Mən əminəm ki, ölkəniz ərazi bütövlüyünü bərpa edəcək. Lazım gələrsə, bunu hərb yolu ilə reallaşdıracaq".

Skayp-müsahibəni tam olaraq Axar TV-də izləyə bilərsiniz:

Tarix
2014.08.13 / 21:42
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla