Yuxarı

Ələti Dubaya çevirəcək layihənin - Videosu

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ələti Dubaya çevirəcək layihənin - Videosu

Davos forumunda Bakı Limanının tanıtım çarxı yayımlanıb.

Axar.az Baku.vs-ya istinadla xəbər verir ki, videoçarx BBC və "Vorld Nyus"da 3 gün ərzində müxtəlif vaxtlarda nümayiş etdiriləcək.

Videoçarxda limanın Avrasiyada mühüm loqistika mərkəzi olduğu və yerləşdiyi çoğrafi ərazinin əlverişliliyindən danışılır. Londonu Şanxay, Dehlini Helsinki ilə birləşdirən Bakı Limanının yeni dünyanın tələblərinə uyğunlaşdırıldığı vurğulanır.

Qeyd edək ki, Ələt qəsəbəsinin ərazisində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin təməlqoyma mərasimi 2010-cu il 3 noyabr tarixində baş tutub. Limanın kompleksinin tikintisinin 3 mərhələdə aparılması nəzərdə tutulub.

Liman kompleksi üçün ayrılmış 400 hektar ərazinin 100 hektar sahəsində (I mərhələdə 50 ha olmaqla) beynəlxalq nəqliyyat logistikası mərkəzinin tikintisi nəzərdə tutulub. TRASEKA çərçivəsində "Beynəlxalq nəqliyyat logistika mərkəzlərinin yaradılması" layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat logistika mərkəzi üçün əlverişli hesab edilib.

İlkin mərhələdə 50 hektar ərazidə yerləşəcək logistika mərkəzində 80 min kvadrat metr xüsusi anbar və sahələr yaradılaraq burada 100 min ədəd konteynerin saxlanılması, yük sahiblərinə və mallara xidmət göstərilməsi, kiçik və orta biznesin müasir durumda inkişafına münbit şəraiti təmin ediləcək. Bu Mərkəzin ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağında önəmli yer tutması Azərbaycanın geostrateji əhəmiyyətini bir daha təsdiqləyir.

Tarix
2016.01.24 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla