Yuxarı

Qazaxıstan Xəzərlə bağlı hansı tədbirləri görür?

Ana səhifə Yaşıl Sabah
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan Xəzərlə bağlı hansı tədbirləri görür?

“Orta Dəhliz”in inkişafı və yükdaşımaların artması fonunda Xəzər dənizində nəqliyyat infrastrukturunun genişləndirilməsi, limanların imkanlarının artırılması və yeni investisiyaların cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır.

Axar.az xəbər verir ki, bu istiqamətdə Qazaxıstanın gördüyü işləri, Xəzər dənizində suyun səviyyəsinin azalmasının yaratdığı çəətinliklərlə mübarizə tədbirləri və “Orta Dəhliz” üzrə gələcək planlara dair "Qazaxıstan Dəmir Yolları"nın (Kazakhstan Temir Zholy) İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayev Teleqraf-ın suallarını cavablandırıb.

- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu və forum çərçivəsində regiona, xüsusilə “Orta Dəhliz”ə marağı necə qiymətləndirirsiniz?

- Qazaxıstan və Azərbaycan ərazisindən keçən “Orta Dəhliz”ə böyük maraq var. Ölkələrimizlə yanaşı bir sıra dövlətlərin “Orta Dəhliz” boyunca infrastrukturun inkişafına investisiya yatırmaqda maraqlı olduğunu görürük.

- Xəzərdə suyun səviyyəsinin sürətlə azalması “Orta Dəhliz”in fəaliyyətinə hansı təsirləri göstərə bilər və Qazaxıstan bu riskləri azaltmaq istiqamətində hansı tədbirləri görür?

- Xəzər dənizi “Orta Dəhliz”in kritik elementidir. Xəzər dənizində suyun səviyyəsinin azalmasını nəzərə alaraq, Qazaxıstan qabaqlayıcı tədbirlər görüb. 2024-cü ildə Kurık limanında dibdərinləşdirmə işləri aparmışıq. İkinci limanımız olan Aktau limanında isə hazırda dibdərinləşdirmə işləri həyata keçirilir. Bu işlərin dekabra qədər başa çatdırılması nəzərdə tutulur.

Hazırda dərinlik 4,5 metrdir və 8 metrə çatdırılacaq. Beləliklə, gəmilərin tam yüklənməsi, sürətli hərəkəti təmin ediləcək.

- “Orta Dəhliz” üzrə artan yük axınlarını qarşılamaq üçün Qazaxıstan hansı yeni investisiyaları və infrastruktur layihələrini həyata keçirir?

- Biz konteyner donanmasını genişləndiririk. 2030-cu ilə qədər yalnız Çin-Avropa tranzitinə xidmət edəcək 20 gəmimiz olacaq. Bu gəmilər Aktau ilə Bakı limanı arasında hər iki istiqamətdə fəaliyyət göstərəcək. Onlardan 8-i Qazaxıstan şirkətləri tərəfindən sifariş edilib, 4-ü isə Bakı Gəmiqayırma Zavodunda inşa olunur.

Həmçinin vaqonlar alırıq. 2030-cu ilə qədər daha 14 min vaqon “Orta Dəhliz”ə xidmət göstərəcək. Onlardan 6 mini artıq marşrut üzrə fəaliyyət göstərir.

2023-cü ildən başlayaraq artan yük həcmlərini daşımaq üçün 430 lokomotiv istehsal edilib və alınıb. Bu proses 2025-ci ilə qədər davam edib.

Bununla kifayətlənmirik. Qazaxıstan ərazisində, Mərkəzi Asiya ölkələrinə, eləcə də Çinə və Xəzər regionundan Avropaya qədər dəhliz boyunca terminal-logistika infrastrukturunu inkişaf etdiririk.

Bu terminal-logistika mərkəzləri yüklərin konsolidasiyasını və “Orta Dəhliz” boyunca yük axınlarının artırılmasını təmin edəcək.

Əlbəttə, biz Azərbaycanla paralel şəkildə hərəkət edirik. Ələt limanında da dibdərinləşdirmə işləri aparılır. Buna görə də düşünürəm ki, bu məsələ gələn ilin birinci yarısında həll olunacaq.

- Bakı Limanı Xəzər dənizinin Azərbaycanın hissəsində dibdərinləşdirmə işlərinin aparılması ilə bağlı yeni tender elan edib. Qazaxıstanın bu prosesdə Azərbaycanla əməkdaşlıq etmək planı varmı və Qazaxıstan şirkətləri tenderdə iştirak ediblərmi?

- Bundan əmin deyiləm. Bildiyimə görə, tenderdə Türkiyə, Çin və Avropa ölkələrindən şirkətlər iştirak edir. Qazaxıstanın tikinti şirkətləri tenderdə iştirak etməyib.

Lakin onu qeyd edim ki, Qazaxıstandakı Kurık limanında dibdərinləşdirmə işlərini Belçika şirkəti həyata keçirib. Hazırda isə Aktau limanında bu işləri Çin şirkəti aparır. Onların bu sahədə daha çox təcrübəsi və ekspertizası var.

Xəzər dənizində işin həcmi böyükdür. Düşünürəm ki, bu həcmdə dibdərinləşdirmə işlərini həyata keçirə biləcək şirkətlərin sayı çox deyil.

Tarix
2026.09.29 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla