Yuxarı

“Moskva satılmış agentimizi öldürəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xüsusi xidmət orqanları ukraynalı terrorçulara qarşı radikal addımlar ata bilərlər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Aleksandr Tkaçuk söyləyib. Onun sözlərinə görə, Moskva Donbasdakı separatçıların komandirlərindən biri İqor Bezler və "Vostok" batalyonunun eks-komandiri Aleksandr Xodakovskinin ölüm əmrini verə bilər:

"Bir müddət öncə Donetskə səfər edən Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun da əsas vəzifəsi bu şəxslərin fəaliyyətini öyrənmək olub. Onun səfərindən sonra isə qondarma rejimin "xarici işlər naziri" olan Kofman vəzifəsindən uzaqlaşdırılıb".

Qeyd edək ki, Surkov fevralın 16-da Donetskə səfər edib. Ukrayna mətbuatı onun burada separatçı liderlərlə bağlı hesabatlarla tanış olduğunu bildirib.

Aleksandr Xodakovski hazırda qondarma Donbas Xalq Respublikasının Təhlükəsizlik Şurasının sədridir. O, Maydan hərəkatı olmazdan öncə Ukrayna Təhlükəsizlik Xidmətinin zabiti kimi çalışıb.

Tarix
2016.02.24 / 11:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla