Yuxarı

Güneydə 400 illik tarixi abidə dağılır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marağa şəhərinin Xangah kəndində yerləşən tarixi Hacı Məhəmməd Bağır körpüsü uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

Kult.az xəbər verir ki, körpünün bərpası və qorunması ilə bağlı heç bir iş aparılmır.

1616-cı ildə Səfəvi imperiyası dövründə Çəkançay üzərində inşa edilən üçtağlı körpü 24 metr uzunluğunda, 4 metr enindədir. Marağa ilə Azərbaycan və başqa əyalətləri birləşdirən körpünün tikintisində yerli mədən daşları və bişmiş qırmızı kərpicdən istifadə olunub.

Tarixi abidənin 2022-ci ilin sentyabr ayında İran Milli Əsərləri siyahısında qeydə alınmasına baxmayaraq, bərpası üçün vəsait ayrılmayıb.

Qeyd edək ki, körpü görünüşü, memarlıq üslubu və tikintisində istifadə olunan materiallara görə, Araz üzərindəki Xudafərin körpüsünün kiçik oxşarı sayılır.

Tarix
2024.04.30 / 17:19
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sahibə Qafarova Simonyanla ikinci görüşündən danışdı

Rəisiyə görə Bakıya qarşı bu zibillər... - Verdyan

Region qarışır: Yalnız İlham Əliyev... - Korotçenko

Tiflis, İrəvan qarışır, Rəisi öldü, Türkiyədə isə... - Nə baş verir?

Prezident İran səfirliyində... - Foto

Prezident Qüdrətovu qəbul etdi

Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi

Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir

Bu, Azərbaycanla qardaşlıq bağının növbəti simvoludur

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla